AZ
|
EN

 

Azad Seçkilər, Demokratiya və Vətəndaş Cəmiyyəti
Ana Səhifə
2012-01-23
    Bəyanatda SMDT Ümid partiyasının Sumqayıt şəhər təşkilatının yerləşdiyi ofisdən zorla çıxarılmasını pisləyir və bu hadisəni Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan birləşmək və bərabərlik hüquqlarının, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulan yığıncaqlar və birləşmək azadlığı və ayrı-seçkiliyin qadağan olunması hüquqlarının pozulması kimi qiymətləndirir.
  Ətraflı
2011-05-26
    Mayın 26-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Milli Məclisə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin təqdim olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova məktub ünvanlayıb. A.Məmmədli yeni qanun layihəsinin Azərbaycanda siyasi plüralizm və siyasi fəaliyyət imkanlarının inkişafına töhfələr verəcəyinə ümid etdiyini bildirib.
  Ətraflı
2011-04-20
    Aprelin 20-də, Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmaqdan imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etmədiyi məhkəmə prosesində hakim İslam Əliyevin sədrlik etdiyi Məhkəmə Kollegiyası Bakı Apellasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
  Ətraflı
2011-03-05
    SMDT 4 mart 2011-ci ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə Vətəndaş Cəmiyyəti təşkilatları və fəallarına qarşı baş verən təzyiqləri pisləyərək, bu hadisələri həmin siyasi fəaliyyət imkanlarının, birləşmək və toplaşmaq azadlıqları, o cümlədən fikir plüralizmin məhdudlaşıdırlması kimi qiymətləndirir.
  Ətraflı
2011-02-04
    SMDT Azərbaycan Respublikasının Milli Məclisinə 7 Noyabr 2010-cu ildə keçirilən seçkilərinin monitorinqinin nəticələrinə dair Yekun Hesabatını açıqlayıb. SMDT 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı Azərbaycan qanunvericiliyi və beynəlxalq standartların tələblərinin kobud şəkildə pozulduğunu qeyd edərək, bu seçkilərin azad və ədalətli qaydada keçirlmədiyini bildirir.
  Ətraflı
2010-11-19
    SMDT Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında ölkənin 125 seçki dairəsi üzrə 1007 seçki məntəqəsində seçki günü səsvermə və səslərin sayılması proseslərini izləyib. SMDT 18 seçki dairəsində qeydə alınmış pozuntuları araşdıraraq, hesab edir ki, həm seçki məntəqələri, həm də Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr ciddi şübhə doğurur və bu seçki dairələri üzrə seçki prosesinin qanuniliyi ilə bağlı şikayətlər diqqətlə araşdırılmalıdır.
  Ətraflı
2010-11-09
    “Seçkilər azad bə ədalətli hesab edilər bilməz" - Anar Məmmədli, SMDT-nin sədri, seçki günü müşahidəçiliyin nəticələrinə dair İlkin Rəyi açıqlayarkən bildirib. 8 Noyabrda, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki günü müşahidəçiliyinin nəticələrinə dair İlkin Rəyini açıqlayıb.
  Ətraflı
2010-11-08
    Müşahidəçilərin saat 15.00-dək seçki məntəqələrindən verdiyi məlumata görə, ölkə üzrə seçici fəallığı 32 faiz olub. Qeyd edək ki, seçici fəallığı ilə bağlı məlumatlar Məntəqə Seçki Komissiyalarının elan etdiyi rəqəmlər olub və SMDT ilə əməkdaşlıq edən müşahidəçilər səsvermədə iştirak edən seçicilərin ayrıca sayılmasını aparmayıblar.
  Ətraflı
2010-11-07
    SMDT ilə əməkdaşlıq edən müşahidəçilər 7 noyabr 2010-cu il parlament seçkilərinin ölkənin 125 seçki dairəsi üzrə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında monitorinqini həyata keçirir. SƏM metodu ölkə üzrə seçki məntəqələrinin milli təmsilçiliyini əsas götürməklə seçki günü keçirilən prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir.
  Ətraflı
2010-11-06
    Noyabrın 6-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktubla müraciət edib. Məktubda SMDT-nin sədri son günlər seçki günü müşahidəçilik aparmaq istəyən şəxslərə qarşı bəzi bölgələrdə təzyiqlərin baş verdiyini qeyd edib