Müracİət Avropa Şurası Parlament Assambleyası ATƏT Parlament Assambleyası Sürəti: Avropa Parlamenti ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Avropada fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti Təşkilatınlarına Biz, bu sənədi imzalayan, Azərbaycanda insan hüquqları və demokratikləşmə sahəsində çalışan Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT), Beynəlxalq Seçki Müşahidə Missiyasının tərkibində Azərbaycanda keçirilən 7 Noyabr 2010 Parlament Seçkilərini müşahidə edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ATƏT-in Parlament Assambleyasının seçkiləri müşahidə missiyasının rəhbərlərinin 8 Noyabr 2010-da keçirilən mətbuat konfransında çıxışlarında qeydə alınan çatışmazlıqlar barədə təəssüf edirik. Biz narahatlıqla qeyd etmək istərdik ki, müstəqil yerli seçki müşahidə qruplarına və QHT-lərinə əsasən, 7 Noyabr 2010 Parlament Seçkiləri Azərbaycan Respublikasının qanunvericiliyinin və beynəlxalq normaların kütləvi pozulması halları ilə müşayət olunub. Habelə seçki iştirakçıları təzyiq və hədə-qorxulara məruz qalmış və seçkilər fikirlərin ifadə azadlığı, vətəndaşların sərbəst toplaşmaq və birləşmək hüquqlarının məhdudlaşdırılması şəraitində keçirililib. Buna görə də, Azərbaycan Respublikasında keçirilən 7 Noyabr 2010 Parlament Seçkiləri azad, ədalətli və demokratik hesab edilə bilməz. Qeyd olunmalıdır ki, 8 Noyabr 2010-cu ildə, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti, AŞPA və ATƏT/DTİHB birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında qeyd olunan institutların nümayəndələri seçkilər barədə öz fikirlərini bölüşüb və Beynəlxalq Müşahidə Missiyasının İlkin Bəyanatı açıqlanıb. Lakin, tədbir zamanı ATƏT-in Parlament Assembleyasının Müşahidə Missiyasının rəhbəri Cənab Wolfgang Grossruck və AŞPA Müşahidə Missiyasının rəhbəri Cənab Paul Wille-nin çıxışlara dərin təəssüf və narahatlıq hissi doğurur. Bu cür fikirlər bəzi avropalı müşahidəçilərin tərəfsizliyi və peşəkarlığına şübhə doğurur və Azərbaycan demokratik icmasının ATƏT və Avropa Şurasına olan etibarına xələl gətirir. İlk olaraq, bizim narahatlığımız yuxarıda qeyd olunan dörd institutu təmsil edən seçki müşahidə missiyalarının İlkin Bəyanatının mahiyyəti ilə Cənab Grossruck və Cənab Wille-nin fikirlərində ciddi fərqlərin olması ilə bağlıdır. Bu fərqlərin nəticəsi olaraq, hökümət və hökümət yönlü media birgə müşahidə missiyasının bəyanatının mahiyyətini təhrif etmişlər. Biz xüsusi olaraq ilə Cənab Grossruck və Cənab Wille-nin aşağıdakı fikirlərinə etiraz edirik: Çıxışı zamanı, Cənab Wille onun bitərəfliyinə şübhə yarada biləcək və hökümətin eşitmək istədiyi mesajlar verib. Məsələn, onun aşağıda qeyd olunan Azərbaycanın demokratik icmasının ciddi narazılığına səbə olub: “AŞPA-nın baxışından, seçki öncəsi və seçki günündə bir sıra problemlərin və çatışmazlıqların müşahidə olunmasına baxmayaraq, 7 Noyabr 2010 Parlament Seçkiləri əsasən bizim – AŞPA, ATƏT və beynəlxalq – standartlar və öhdəliklərə cavab verib. Hökümət, beynəlxalq institutlar və yerli aktorlar arasında uğurlu əməkdaşlıq vasitəsilə pozitiv mühit yaradılmışdır. ” Ilk növbədə qeyd etmək istərdik ki, Cənab Wille-nin yuxarıda qeyd olunan fikirləri birgə müşahidə missiyasının bəyanatında əks olunmayıb. Bundan əlavə 7 Noyabr 2010 Parlament Seçkilərinin AŞPA, ATƏT və beynəlxalq standartlara uyğun olduğunu iddia etmək absurdur. Belə yanaşma ilə, Cənab Wille yalnız Azərbaycan millətinə deyl həmçinin ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların azad və ədalətli seçkilərlə bağlı standartlarına hörmətsizlik nümayiş etdirib. Cənab Grossruk öz çıxışında qeyd edib: “Bəyanatdan öncə ümumi olaraq deyim ki, demokratik institutlarda xüsusilə də çətin mühitdə inkişaf edən ölkələrə qarşı ədalətli olmaq heç zaman asan deyil”. Bu sözlərlə, O, əvvəlcədən bəyanatın, həmçinin ondan öncə birgə müşahidə missiyası adından çıxışların peşəkarlığı və tərəfsizliyinə şübhə yaradaraq, müşahidə missiyasının fikirlərinə güvənin azalmasına səbəb olmuşdur. Mətbuat konfransı zamanı çıxışının başqa hissəsində, Cənab Grossruk “hökümət burada seçkilərdən öncə beynəlxalq seçki standartlarına əməl etmək üçün işlər görüb”, “biz obyektiv və balanslı olmaq üçün çox çalışmışıq…” və s. kimi aydın olmayan ifadələrdən istifadə edib. Belə ifadələrdən istifadə edərkən, O, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi mümkün olmayan qeyri-demokratik siyasi vəziyyətin olduğunu nəzərə almayıb. Cənab Grossruk-ın “balanslı” deyərkən nəyi nəzərdə tutduğu da aydın deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq, biz AŞPA və ATƏT-in Parlament Assambleyasının üzvlərinə müraciət edir və onlardan xahiş edirik: 1) Azərbaycanda keçirilən sonuncu parlament seçkilərilə bağlı seçki müşahidə missiyasının rəhbərlərinin 8 Noyabr 2010-cu ildə keçirilən mətbuat konfransında çıxışları barədə Azərbaycan cəmiyyətinə hərtərəfli izah təqdim olunsun; 2) AŞPA və ATƏT-in Parlament Assambleyasının Azərbaycanda keçirilən 7 Noyabr Parlament Seçkilərində istifadə etdiyi müşahidə metodologiyası və müşahidə missiyasının səlahiyyətləri barədə məlumat verilsin; 3) Azərbaycan Respublikasında keçirilən 7 Noyabr 2010 Parlament Seçkilərinin nəticələrinin ciddi və dəqiq araşdırılsın və seçkilərin yenidən qiymətləndirilməsini təmin olunsun. Aşağıdakı VCT-ları müraciəti imzalayıblar:
Videokonfransın tam mətni ilə buradan tanış ola bilərsiz (ingilis dilində) İlkin Bəyanatın tam mətni ilə buradan tanış ola bilərsiz
|