AZ
|
EN

 

Azad Seçkilər, Demokratiya və Vətəndaş Cəmiyyəti
Təşkilat haqda

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı üçün çalışan qeyri-hökümət təşkilatıdır.SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) əsasında 1 dekabr 2008-ci ildə yenidən təsis edilib.

 

Fəaliyyət istiqamətləri:

  • Seçkilərin Uzunmüddətli və Qısamüddətli müşahidəsi
  • Seçki qanunvericiliyinin təkmilləşdirilməsinə yardım
  • Seçicilərin fəallığının artırılmasına yardım
  • Dövlət idarəetməsində vətəndaş iştirakına yardım
  • Seçicilərin məlumatlandırılması
  • Seçkili hakimiyyət orqanlarının (bələdiyyələr və parlament) fəaliyyətinin monitorinqi  

SMDT Azerbaycanın 10 regionunda – Bakı, Gəncə, Sumqayıt, Cəlilabad, Xaçmaz, Şəki, Mingəçevir, Göyçay, Beyləqan və Naxçıvanda yerli vətəndaş qrupları ilə əməkdaşlıq edir.

 

Yerli Müşahidəçilik

 SMDTindiyədək ölkədə keçirilən 11seçkini (əlavə və təkrar parlament seçkiləri, referendum, parlament, prezident və bələdiyyə seçkilərini) müşahidə edib. Bu seçkilər dövründə 9566 nəfər könüllü müşahidəçiyə 481 dəfə təlim keçirilib və onların seçki komissiyalarında akkreditə olunmaları üçün hüquqi-texniki yardım göstərilib.
 

Beynəlxalq Müşahidəçilik

 SMDT 17 ATƏT ölkəsindən 22 milli QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. İndiyə qədər SMDT-nin 360-dən çox üzvü ENEMO-nun təşkilatçılığı ilə Beynəlxalq Seçki Müşahidə Missiyalarında iştirak edib. Ümumilikdə SMDT üzvləri ENEMO və ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyaları çərçivəsində indiyədək 11 ölkədə keçirilən seçkiləri müşahidə ediblər.
 

7 Noyabr 2010 parlament seçkiləri ilə bağlı SMDT-nin hədəfi

 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunmasına, seçkilərin azad və ədalətli seçkilərlə bağlı milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.
 

Mesajımız

Azad Seçki firəvan həyata aparan yoldur!

 

Uzunmüddətli Müşahidəçilik

SMDT 80 xüsusi təlim keçmiş uzunmüddətli müşahidəçilərin vasitəsilə seçki kampaniyası başlayandan seçki gününə kimi olan dövrü əhatə edən prosesləri müşahidə edəcək.

 

Statistikaya Əsaslanmış Müşahidəçilik (SƏM)

SMDT ölkədə Statistikaya Əsaslanmış Müşahidəçiyi həyata keçirən yeganə təşkilatdır. SƏM xüsusi təsadüfi seçim əsasında seçilmiş məntəqələrdə müşahidələr apararaq seçki prosesi barədə rəy bildirməyə imkan verir. SMDT SƏM metodu çərçivəsində 1000 məntəqənin müşahidəsini təşkil edəcək.

 

Əsas Partnyorlar

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD)

ABŞ Milli Demokratiya İnstitutu (MDİ)

ABŞ Demokratiyanı Milli Himayə Fondu (NED)

ATƏT-in Bakı ofisi

German Marşal Fondu

 Böyük Britaniya hökuməti